Naxçıvanda 17 yaşlı qızı qətlə yetirən şəxsə hökm oxundu

Naxçıvanın Kəngərli rayonunda 17 yaşlı Aysun İbrahimovanın öldürməkdə ittiham olunan həmkəndlisi Sərvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Sərvin Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Kəngərli rayonunun Xok kəndində baş verib. İttihama görə, 1999-cu il təvəllüdlü S. Məmmədov aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi-2006-cı il təvəllüdü Aysun İbrahimovaya xəsarət yetirərək qəsdən öldürüb. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.