"NATO Rusiya sərhədləri boyunca kiber laboratoriyalar şəbəkəsi yaradır" - RUSİYA XİN

NATO Rusiya sərhədlərinin perimetri boyunca kiber laboratoriyalar şəbəkəsi yaradır.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin beynəlxalq informasiya təhlükəsizliyi şöbəsinin direktoru Artur Lyukmanov yerli KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, NATO Rusiya sərhədlərinin perimetri boyunca - Estoniya, Latviya, Finlandiya və Rumıniyada kiber laboratoriyalar şəbəkəsi yaradır, perspektivdə isə Gürcüstan və Moldovada kiber laboratoriyalar yaratmağı planlaşdırır.

"Vaşinqton artıq çoxdandır ki, informasiya sahəsində Rusiyaya qarşı hibrid müharibə metodları işləyib hazırlayır. Əsas poliqon olaraq Ukraynadan istifadə olunur, ölkənin hakerləri, NATO kuratorlarının güclü nəzarəti altında elektron diversiya həyata keçirir", - deyə Rusiya XİN nümayəndəsi əlavə edib.