NARKOTİKLƏ ƏLAQƏDAR 17 NƏFƏR SAXLANILDI - Ümumilikdə 106 nəfər...

İyulun 24-də ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 106, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Stopnarkotik.az