NARKOTİK VƏ YENİYETMƏLƏR... - Gələcəyimizi məhvə sürükləyən narkotik növləri...

Narkotiklərin gənclərə təsiri haqda yeni araşdırmalar təəccüblü tendensiya ortaya qoyur: yeniyetmə qızların narkotiklərdən sui-istifadə etmə ehtimalı oğlan həmyaşıdlarına nisbətən 18% çoxdur.

Bildiyimiz kimi, Azərbaycanda da qızların narkotiklərin qurbanı olması sözün pis mənasında trendə çevrilirb. Bu trend yeniyetmələrin narkomanlığı ilə bağlı uzun müddətli stereotipləri darmadağın edir və qarşısının alınması üçün yanaşmaların yenidən nəzərdən keçirilməsinin zəruriliyini vurğulayır. Yeniyetmələr arasında ümumi narkotik istifadəsi durmadan artır və 2023-cü ildə 3,8 milyon yetkinlik yaşına çatmayan istifadəçiyə çatıb ki, bu da keçən illə müqayisədə 100 000 nəfər çoxdur. Opioidlərin, xüsusən də ölümcül fentanilin populyarlığının sürətlə artması xüsusilə narahatedicidir.

Bəs yeniyetmələrin mühitində "ən yaxşı" 5 narkotik hansıdır, onlar nəyi seçirlər?

Marixuana mübahisəsiz "lider" olaraq qalır, çünki belə desək, marixuana bir növ narkomaniyaya, narkotik həzzinə "dəvətnamə"dir. Ondan təxminən 2,9 milyon azyaşlı istifadə edir və bu rəqəm davamlı olaraq yüksək olaraq qalır.

Opioidlərdə populyar fəlakətli artım var – bu ildə 41%-dir. 2022-ci ildə 406 000-dən 2023-cü ildə 574 000 yeniyetmə heroin və reseptli ağrıkəsicilərdən (Vicodin, OxyContin) istifadə edib. “Adderall” və “Ritalin” kimi stimulyatorlar 285.000 narkotik istifadəçisi ilə üçüncü yerdədir. Qeyri-qanuni narkotiklərin istifadə tempi “kəlllə-çarxa” qalxıb: kokain istifadəsi 58% (63.000 istifadəçiyə) və metamfetamin 112% (40.000 istifadəçiyə) artıb.

İnqalyasiya yoluyla qəbul edilən narkotiklərdən, yəni yapışqan, aerozol spreyləri, “rastvoritel”, markerlər və "şənləndirən qaz" kimi uyuşdurucu effekti verən inqalyantlardan 564.000 yeniyetmə istifadə edir və istifadə asanlığı əlçatanlığı rahat olan bu maddələri təhlükəli dərəcədə populyar edir.

Halusinogenlər keçən illə müqayisədə 8% artaraq 387.000 istifadəçi ilə ilk beşliyi tamamlayır.

Fentanil: Gizli Təhdid

Morfindən 100 dəfə güclü sintetik opioid olan fentanil “xüsusi diqqət”ə layiqdir. Rəsmi rəqəmlərə görə, 2023-cü ildə təxminən 50.000 yeniyetmə bu maddəni bilərəkdən istifadə edib – bu, ildə 47% artım deməkdir. Bununla belə, faktiki rəqəmlər daha yüksək ola bilər, çünki bir çox gənc fentanili bilmədən istifadə edir, yəni fentanil tez-tez istifadəçilərin xəbəri olmadan digər dərmanlarla qarışdırılır.

Niyə Qızlar?

Yeniyetmələr arasında narkotik istifadəsinin ümumi nümunələri oxşar olsa da, məlumatlar göstərir ki, 2023-cü ildə 1,7 milyon oğlanla müqayisədə 2 milyondan çox qızın narkotiklərdən istifadə edir. Araşdırma həmçinin hansı narkotikdən istifadə etmək seçimində maraqlı fərqləri ortaya qoydu:

Qızlar daha çox opioidlərə (əsasən reseptli ağrıkəsicilər) və inqalyantlara üz tuturlar. Uşaq kateqoriyasına aid olan yeniyetmələr stimulyatorlara və halüsinogenlərə üstünlük verirlər.

Ekspert rəyi

“Wellbrook Recovery” şirkətinin baş direktoru Meir Kasnett, "ABŞ-da opioid böhranını nəzərə alaraq, yeniyetmələrin istifadəsinin yüksək səviyyəsi xüsusilə təşvişvericidir, çünki bu maddələr yüksək dərəcədə asılılıq yaradır və həddindən artıq dozada çox risk daşıyır", deyə bildirib.

Bu şokedici məlumatlar keçmişdə nəzərə alınmayan gender fərqlərinə xüsusi diqqət yetirməklə, gənclər arasında narkotik istifadəsi ilə bağlı erkən müdaxilə və təhsil strategiyalarının yenidən nəzərdən keçirilməsinin təcili vacibliyini vurğulayır. 

Stopnarkotik.az