Türkiyədə xrizantema çiçəklərinin idxalı adı altında narkoticarətlə məşğul olan dəstəyə qarşı əməliyyat keçirilib.
Stopnarkotik.az xəbər verir ki, əməliyyat İstanbulda baş tutub. Belə ki, xrizantema çiçəklərinin idxalı adı altında beynəlxalq narkoticarət qrupunu hədəf alan əməliyyatda 198 kiloqram narkotik müsadirə edilib. Əməliyyatda saxlanılan 5 şübhəli həbs edilib.
İstanbul Polis İdarəsinin Kəşfiyyat Şöbəsi və Narkotik Cinayətləri Şöbəsi tərəfindən aparılan birgə iş nəticəsində gül idxalının narkotik ticarətində gözdən pərdə asmaq maskası kimi istifadə edildiyi müəyyən edilib.
Narkotik əməliyyatı İstanbulun Arnavutköy və Zeytinburnu rayonlarında müəyyən edilmiş ünvanlarda eyni vaxtda keçirilib.
Polis qruplarının beynəlxalq əlaqələri olan cinayətkar dəstə ilə bağlı istintaqı çoxşaxəli şəkildə davam etdiriblər.
Stopnarkotik.az