Narkotik dövriyyəsi ilə məşğul olan sabiq futbolçu həbs edildi - FOTO

“Krasnodar”ın və Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 9,5 il müddətinə azadlıqdan məhrum edilib.

Stopnarkotik.az lent.az-a istinadla bildirir ki, keçən ilin oktyabrında keçmiş müdafiəçinin əlindən yarım kiloqram mefedron tapılıb.

Buqayevə narkotiklərin yeri ilə bağlı SMS gəlib və onu götürəndə tutulub. 

 

Məhkəmə oyunçunun peşmanlığını, keçmiş uğurlarını və övladı olmasını nəzərə alaraq, cəzasını yüngülləşdirilib.