"NARKOTİK BƏŞƏRİYYƏTİN BƏLASIDIR" - Qaradağda maarifləndirici tədbir keçirildi / FOTOLAR

Polis Qaradağ rayonunda yerləşən 106 saylı tam orta məktəbdə “Narkotik bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirib.

Stopnarkotik.az xəbər verir ki, tədbirdə iştirak edən Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkomanlıq və onun yaratdığı təhlükələrdən danışılıb, bu istiqamətdə görülən qətiyyətli mübarizə tədbirlərindən bəhs edilib. Tədbir zamanı gənclərin zərərli vərdişlərdən uzaq olmaları, sağlam həyat tərzi sürmələri, güclü iradəyə sahib olub doğru yolu seçmələri üçün tövsiyələr də verilib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Bir bir və ya daha çox şəxs, dərs oxuyan insanlar, kütlə və mətn şəkili ola bilər

Bir platforma və mətn şəkili ola bilər