Narkotik bazarı insan alveri modellərini dəyişir - BMT dən AÇIQLAMA

Metamfetamin bazarı, Yaxın Şərq, Afrika və Avropanın bəzi hissələrini əhatə edən yeni qaçaqmalçılıq yolları ilə həqiqətən qlobal hala gəlib. Bu barədə BMT- narkotiklərə dair hesabatında deyilir. 

Stopnarkotik.az BMT hesabatına istinadla xəbər verir ki, narkotik müsadirələrinin sayı hər il üzrə orta hesabla 13 faiz artıb və təchizatçılar əməliyyatlarını Myanmadan kənara çıxararaq Şimali Amerika, Qərbi və Cənubi Afrika, eləcə də Cənub-Qərbi Asiyanı əhatə ediblər.

Eyni zamanda, kannabis ticarəti getdikcə beynəlxalq xarakter alır: 2015-2024-cü illər arasında Şimali Amerikadan kənarda 57 ölkə və ərazi bölgə kannabis müsadirəsinin mənbəyi kimi müəyyən edilib, əvvəlki onillikdə isə bu rəqəm cəmi 11 olub.

Hesabatda narkotik istifadəsi ilə bağlı zərərlərin yalnız maddələrin özlərindən deyil, həm də yoxsulluqdan, evsizlikdən, zəif ruhi sağlamlıqdan və səhiyyə xidmətlərinə qeyri-bərabər çıxışdan qaynaqlandığı vurğulanıb.

Narkotik asılılığının daha sürətli irəliləməsinə baxmayaraq, qadınların müalicə alma ehtimalı kişilərə nisbətən xeyli azdır.

Qlobal miqyasda narkotik istifadəsi pozğunluğu doqquz kişidən biri müalicə ala bilirsə, bununla müqayisədə narkotik istifadəsi nəticəsində sağlamlığını itirən hər 23 qadından yalnız biri müalicə alır. Bundan başqa, narkotik inyeksiya edən qadınların kişilərə nisbətən QİÇS ilə yaşama ehtimalı 20 faiz daha yüksəkdir.

Stopnarkotik.az