Rusiyanın Naberejnıx Çelnı şəhərinin 21 yaşlı sakini Mahaçqalaya külli miqdarda narkotik daşıyaraq gəlib. Onun maşınında ümumi çəkisi 32 kq olan mefedron (təxminən 161.400 doza) tapılıb.
Müstəntiqlərin sözlərinə görə, gənc oğlan narkotikləri kiçik bağlamalarla paylamağı planlaşdırıb. Dindirilmə zamanı o, dəfələrlə Mahaçqalaya mefedron gətirdiyini etiraf edib və bölgədə bu maddəyə yüksək tələbat olduğunu qeyd edib. İndi onu uzunmüddətli həbs cəzası gözləyir.
Stopnarkotik.az