“NARKOMANİYAYA YOX DEYƏK!” – Oğuzda liseydə şagirdlərlə maarifləndirici görüş keçirilib / VİDEO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində yerləşən Texniki -Təbiət təmayüllü Liseydə "Narkomaniyaya yox deyək!" mövzusunda şagirdlərlə növbəti maarifləndirici görüş keçiriblər.

Stopnarkotik.az xəbər verir ki, yeniyetmə və gənclərimizi "ağ ölüm" bəlasından uzaq tutmaq, onları sağlam gələcəyə yönləndirmək məqsədilə keçirilən görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Fərid Fətəliyev narkotik vasitələrin sağalmaz zərərləri barədə məktəblilərə ətraflı məlumat verib.

Həmçinin narkomaniyanın fəsadlarını əks etdirən videoçarxlar nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.