Narkomafiyadan rüşvət alan dövlət rəsmisi "sifarişlə öldürüldü"

Meksikalı siyasətçilər arasında böyük münaqişə yaranıb.

Bu səhər Tamaulipas Baş Prokurorluğunun nümayəndəsi El Padrino ləqəbli Ernesto Vazquez Reyna Reynosada öldürülüb.

Ernestonun yerli kartellərdən külli miqdarda rüşvət aldığı və irimiqyaslı xam neft oğurluğu ilə əlaqəsi olduğu bildirilir.

Şayiələrə görə, onun ölümünün Meksikanın keçmiş prezidenti Andrés Manuel Obrador administrasiyasının üzvləri ilə hazırkı prezident Klaudiya Şeynbaum arasında, o cümlədən Müdafiə Nazirliyi ilə keçmiş Federal Polis arasında münaqişə fonunda "yuxarıdan" sifariş verilib.

Stopnarkotik.az