Narkokartel lideri həbs edildi

“Müstəqil Kolima” narkokartelinin lideri Karlos Migel Merkado Meras "El Abulon" həbs edilib. Stopnarkotik.az xəbər verir ki, əməliyyat Meksikanın Miçoakan ştatının Koayune şəhərində Hərbi Dəniz Qüvvələri tərəfindən aparılıb.

“Müstəqil Kolima” karteli əvvəllər “Los Meskales” kimi tanınan cinayətkar qrupdur. Bu narkotik qrupu 2022-ci ildə ayrılmadan əvvəl Kolima əyalətində “CJNG” kartelinin silahlı qanadı idi.

Fərziyyələrə görə, həbs son hadisələrlə əlaqədar birləşmiş kartelin müəyyən qədər hökumət dəstəyini itirməsi və Miçoakanda gizlənən müttəfiqlərini daha müdafiə edə bilməməsi ilə bağlıdır.

Stopnarkotik.az