Məşhur basketbolçu, 2007-ci ildə Avropa çempionu Nikita Şabalkin küçə münaqişəsi nəticəsində zərər çəkib. O, xəstəxanaya yerləşdirilib.
Stopnarkotik.az lent.az-a istinadla xəbər verir ki, 36 yaşlı idmançı dünən günorta saatlarında Moskva yaxınlığındakı Ximki xəstəxanasına aparılıb. Həkimlər ona kəllə-beyin travması diaqnozu qoyublar.
İdmançının özü deyib ki, Ximki şəhərində yaşayış ərazisində münaqişə nəticəsində zərər çəkib.
Şabalkin OMİK və "Ximki" klublarında çıxış edib. Mərkəz hücumçusu kimi oynayıb.