İranda məşhur azərbaycanlı milyarder Babək Zəncaniyə oxunan ölüm hökmü ləğv edilib.
Bunu İranın Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangir bu gün (30 aprel) Tehranda keçirdiyi mətbuat konfransında deyib.
Ə.Cahangirin sözlərinə görə, Tehran vilayəti ədliyyə idarəsinin Babək Zəncaninin cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciəti İranın Ali Lideri Seyid Əli Xameneinin razılığı ilə Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohseni Ejeyi tərəfindən təsdiqlənib.
Cahangiri əlavə edib ki, Zəncaniyə qarşı edam qərarı 20 illik həbsə dəyişdirilib./trend