Rusiyada çəkilən “Çikatilo” serialının aktyoru Dmitri Malikovun mənzilindən 22 ədəd paketlənmiş marixuana bağlaması tapıblar.
Stopnarkotik.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Malikovu onun özü ilə bir-iki paket “ot” gəzdirdiyini deyən tanışı ələ verib. Polis həm Dmitrinin üzərində, həm də onun Krasnoselski dögəsindəki mənzilində axtarış aparıb. Gəncin yanında cəmi 1,5 qram marixuana olub.
Amma polis əməkdaşlarını əsl "cek-pot" evdə gözləyirmiş. Belə ki, onlar Dmitrinin evdə çətənə yetişdirdiyini üzə çıxarıblar. Qurutmaq üçün hazırlanmş ot tədarükün ümumi çəkisi 110 qram olub və artıq qurudub qablaşdırdığı 22 ədəd marixuana paketi olub. Malkov hələlik zaminə buraxılıb. Polis aktyorun həqiqətən də həmin maddəni şəxsi istifadəsi üçün saxladığını, yoxsa bu əməlin satış üçün bir başlanğıc olduğunu araşdırır.
Stopnarkotik.az