Moskvadan Bakıya gələn şəxs təyyarədə öldü

Moskvadan Bakıya gələn təyyarədə sərnişin vəfat edib.

Stopnarkotik.az modern.az-a istinadən xəbər verir ki, hadisə saat 13:45-də yola düşən təyyarədə baş verib.
"Heydər Əliyev Adına Beynəlxalq Hava Limanı"ndan saytımıza verilən açıqlamada məlumat təsdiq edilib.

Sorğuya cavab olaraq bildirilib ki, "Utair" aviaşirkətinin Moskva-Bakı reysini yerinə yetirən təyyarəsində sərnişin dünyasını dəyişib.

"1949-cü il təvəllüdlü kişinin meyiti təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etdikdən sonra müvafiq qurum nümayəndələrinə təhvil verilib", - məlumatda qeyd olunur.