Əməliyyatda milyonlarla narkotik ələ keçirildi, narkotik sexi aşkarlandı-VİDEO

İzmir və ona yaxın 3 vilayətdə narkotik qaçaqmalçılarına qarşı kütləvi əməliyyat keçirilib. Əməliyyat üçün 8 aylıq izləmə həyata keçirilib. 

Stopnarkotik.az xəbər verir ki, İzmir Baş Prokurorluğunun koordinasiyası ilə İzmir Vilayət Polis İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları vilayətdə narkotik qaçaqmalçılığı, istehsalı və paylanması ilə məşğul olan cinayətkar təşkilatı izləməyə başlayıblarmış. Təxminən 8 aylıq texniki və fiziki müşahidə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları şəbəkənin bütün fəaliyyətlərini ifşa edərək, narkotik saxlama və paylama proseslərini diqqətlə sənədləşdiriblər.

İstintaq boyunca aparılan bir sıra əməliyyatlar nəticəsində narkotik qaçaqmalçılarının istehsal bazalarına çevirdiyi altı sintetik həb istehsal müəssisəsi aşkar edilib.

Əməliyyat nəticəsində 11.904.456 ədəd sintetik narkotik, 1.521 kiloqramdan çox xammal və istehsalda istifadə edilən 7.155.000 boş kapsul müsadirə edilib. Bundan əlavə, cinayətkar şəbəkənin kütləvi istehsalda istifadə etdiyi altı doldurma maşını və dəqiq tərəzi aşkarlanıb.

Əməliyyatın genişlənən mərhələlərində narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti ilə bağlı ümumilikdə 79 şübhəliyə qarşı qanuni tədbirlər görülüb. Şübhəlilərdən 48-i həbs olunaraq məhkəmə tərəfindən həbsxanaya göndərilib. Nəhayət, narkomafiyanın başçısı da daxil olmaqla 22 şübhəlinin tutulması üçün İzmir, İstanbul və Diyarbəkirdə eyni vaxtda səhər reydləri keçirilib. Bu reydlər zamanı daha 17 şübhəli saxlanılıb və qalan qaçqınların tutulması üçün səylər davam etdirilir.

Stopnarkotik.az

**

**