Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Rusiya-Ukrayna müharibəsinə dair açıqlama verib. Stopnarkotik.az xəbər verir ki, o, Ukraynanın Rusiya ilə müharibədə qələbəsinə əmin olduğunu bildirib. Saakaşvili bəyan edib ki, Gürcüstan da torpaqlarını geri qaytara biləcək və Qara dəniz sahilində Ukrayna ilə ümumi sərhədi olacaq. “Psou çayı üzərində Gürcüstan-Ukrayna sərhədinin hazırlığına başlamaq lazımdır”, deyə Saakaşvili “Facebook” hesabında yazıb və Zelenskini “bütün azad dünyanın lideri” adlandırıb.
Stopnarkotik.az