Milli Qəhrəman Salatın Əsgərovanın jurnalist oğlu Ceyhun Əsgərovun səhhətində dünəndən ciddi problem yaranıb.
C.Əsgərov bu səhər Kliniki Tibbi Mərkəzin Təcili Yardım şöbəsindən Toksikologiya şöbəsinə köçürülüb.
Stopnarkotik.az xəbər verir ki, o, musavat.com-a açıqlamasında vəziyyətinin kafi olduğunu bildirib.
Sözügedən şöbədə 3-4 gün müalicə almaq istədiyini vurğulayıb.
Qeyd edək ki, Ceyhun Əsgərov bir müddətdir içki asılılığından əziyyət çəkir. Bu səbəblə bir neçə dəfə xəstəxanaya yerləşdirilib.