Məhərrəm ayı nə vaxt başlayır? - TARİX AÇIQLANDI

Bu il Məhərrəm ayı iyulun 19-da daxil olacaq.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, iyulun 19-da Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır və 1445-ci il başlayır. Məhərrəm ayının 10-u Aşura günü isə iyulun 28-nə təsadüf edir.

Qeyd edilib ki, avqustun 17-də Məhərrəm ayı başa çatacaq və Səfər ayı başlayır. Sentyabrın 16-da isə Səfər ayı başa çatacaq.