“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun apellyasiya şikayətinə baxılıb.
Stopnarkotik.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılan iş üzrə birinci instansiya məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib.
Qərara əsasən Rasim Məmmədovun həbs müddəti 3 ay azaldılıb.
Hökmün müsadirə olunmuş əmlaklarla bağlı hissəsindən Böyük Britaniya şirkəti Baumant Sales LLP –də şikayət vermişdi. Şirkət iddia edir ki, ittiham olunan şəxsə məxsus “Baku Non Ferrous And Foundry Company”nin müsadirə olunması onların maraqlarına toxunur. Belə ki. şirkətin onlara 15 milyon 689 min dollar borcu var. Həmin vəsait də “Baku Non Ferrous And Foundry Company”ə kredit kimi verilib.
Məhkəmə xarici şirkətin də şikayətini əsassız hesab edib.
Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun Bakı Oksford Məktəbinin binası da daxil olmaqla 70 milyonluq əmlakı müsairə olunub.