Lənkəranda mağazada meyit aşkar olunub.
Stopnarkotik.az xəbər verir ki, bu gün səhər saatlarında Lənkəran şəhərinin 2 - ci mikrorayon ərazisi, Zərifə Əliyeva küçəsində mağazaların birində kişi meyiti tapılıb. İlkin məlumata görə, meyit Ruslan adlı şəxsə məxsusdur və o, meyvə mağazasını işlədirmiş.
Hazırda rayon hüquq mühafizə orqanları əməkdaşları hadisə yerindədir.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.