Messi İngiltərə-Argentina matçının ən yaxşı oyunçusu seçildi

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-da İngiltərə-Argentina yarımfinal matçının ən yaxşı oyunçusu seçilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə sport24.ru məlumat yayıb.

ABŞ-nin Atlanta şəhərində keçirilən qarşılaşma argentinalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Messi görüşdə iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, bu, Messi üçün turnir ərzində matçın ən yaxşı oyunçusu adına layiq görüldüyü beşinci oyundur.

Argentina millisi finalda İspaniya yığması ilə qarşılaşacaq.

***

Futbol üzrə dünya çempionatında (DÇ-2026) İngiltərəyə qalib gələn Argentina növbəti finalçı olub.

Stopnarkotik.az xəbər verir ki, Atlanta şəhərində keçirilən ikinci yarımfinal matçında argentinalılar 2:1 hesablı qələbə qazanıblar.