Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan ilk dəfə oğurlanmasından danışıb.
Bu barədə informasiyanı "Sputnik Armenia" nəşri yayıb.
Onun sözlərinə görə, müharibədə ölən hərbçi Jora Martirosyanın anası Qayane Akopyanın (Martirosyan) onu hara apardığını bilməyib.
Aşot avtomobilə öz istəyi ilə mindiyini bildirib. Ona Yerablur hərbi panteonuna gedəcəkləri barədə məlumat verilib:
"Ancaq mənə avtomobildən düşməyə icazə vermədilər. Bu zaman anladım ki, məni oğurlayıblar".
Cinayətlə bağlı şikatət ərizəsinin geri götürülməsinə gəlincə, baş nazirin oğlu bildirib ki, ədaləti o yox, müvafiq strukturlar həyata keçirməlidir.
Eyni zamanda, Aşot ölən bəzi əsgərlərinin valideynləri ilə daim əlaqə saxladığını və onlara həmişə hörmətlə yanaşdığını deyib:
"Avtomobildə Akopyandan (Martirosyan) xahiş etdim ki, məni hərbi panteona aparmasınlar. Daha sonra telefonla əsgər valideyləri ilə əlaqə saxlayacağamı dedim".
Xatırladaq ki, Paşinyanın oğlu yolda avtomobildən düşüb. Bu zaman onu arxadan gələn bir nəqliyyat vasitəsi vurub.