Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Səmidxan kəndi ərazisində yerləşən evlərdən birinin həyətindəki tövlədən 1350 manat dəyərində 4 baş qoyunu oğurlayan Çaxırlı kənd sakini Ş.Ağayev müəyyən edilərək saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Məlumata əsasən, araşdırmalarla onun əlavə olaraq müxtəlif vaxtlarda Masallı rayonu ərazisindəki daha 3 təsərrüfatdan qoyun oğurluqları etdiyi müəyyən olunub. Oğurlanan xırdabuynuzlu heyvanların bir qismi aşkarlanaraq sahiblərinə qaytarılıb.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Stopnarkotik.az