Masallı su anbarından meyit çıxarıldı

Avqustun 20-də Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Axtarışlar nəticəsində su anbarında batmış 1959-cu il təvəllüdlü Aslanov Mirmusa Güləhməd oğlunun meyiti bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 Stopnarkotik.az