Bir müddət əvvəl, leqallaşdırılmış narkotiklərlə bağlı sahibkarlara və istehlakçılara yönəlmiş çətənənin iş qabiliyyətinə təsiri ilə bağlı araşdırma haqqında qısa məqalə çıxdı.
Stopnarkotik.az xəbər verir ki, tədqiqatçılar, yatmazdan əvvəl çətənə istifadəsinin ertəsi gün çox az və ya heç bir pis təsirə səbəb olmadığı qənaətinə gəldilər. Damarlarında THC (tetrahidrokannabinol) olan insanlar sakitcə bütün testlərdən - həm davranış, həm də psixomotorika testindən keçdilər.
Bunun əsasında uzağa gedən nəticələr çıxarmaq təklif olunur - məsələn, çətənə qəbulundan sonra avtomobil sürmək, yuxu dərmanı əvəzinə reseptdə onu təyn etmək və s. Amma maraqlısı budur ki, araşdırmada cəmi 20 nəfər iştirak etdiyi məlum olub. Bu isə çox azdır. Həmçinin, aşkara çıxıb ki, onların heç biri müntəzəm olaraq çətənə istifadə etməyib və buna görə də hər hansı nəticədən danışmaq doğru deyil, çünki araşdırmada uzunmddətli istifadənin nəticələri hesablanmalıdır.
Adi narkotik istifadəçiləri üçün yatmazdan əvvəl çətənədən istifadə təklifinin özü bir az qəribə görünür, çünki o, gümrahlaşdırıcı təsirə malikdir, onun qəbulundan sonra yuxuya getmək problemlidir və bu amil tədqiqatın mahiyyətini bir qədər pozur. Sınaq iştirakçılarının qəbul etdiyi doza - 10 mq THC - çox kiçikdir və müntəzəm olaraq ondan istifadə edən insanın orqanizminə ciddi təsir göstərməyəcək və "yeni başlayanlar" üçün təsirsiz ötüşə bilər. Bundan başqa, aydın deyilki, iştirakçılara belə bir THC konsentrasiyası ilə çətənənin hansı formada təklif edilib. Axı bu da tədqiqatın nəticələrinə təsir edə bilər.
Beləliklə, biz elmə əsaslandığını iddia edən və çətənə istifadəsinin genişlənməsini kütlələrə aşılamağa çalışan “pullu araşdırma" nın nəticələrinə açıq şəkildə baxırıq. Bu qəbildən araşdırmalar çox da keyfiyyətli deyil, amma görünür, belə "alimlər" hələ də öz auditoriyasını tapacaqlar. Çünki, belə anlaşılır ki, bu qəbildən araşdırmalar çətənə istifadəsinin daha da kütləviləşməsinə səy göstərən istehsalçılardan qaynaqlanır və “sifarişlidir”.
Stopnarkotik.az