Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri Aqil Vəliyev və Anar Vəlizadə sonuncunun idarə etdiyi "Opel" markalı avtomobildə saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsindən 20 kiloqram tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin narkotik vasitəni saxlanılan şəxslərdən Aqil Vəliyevin şəxsiyyəti istintaqla araşdırılan "Hafis" adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.