Lənkəranda dəniz kənarında mina tapılıb.
Stopnarkotik.az xəbər verir ki, mina sakinlərin istifadə etdiyi çimərlik ərazisində aşkarlanıb. Dərhal aidiyyəti orqanlar məlumatlandırılıb və əraziyə cəlb olunublar.
Çimərlikdən istifadə edən sakinlər ərazidən uzaqlaşdırılıb. Görülən tədbirlərdən sonra mina zərərsizləşdirilib.
Qeyd edək ki, ərazidə vaxtilə sovet ordusuna aid hərbi hissə yerləşib. Dənizdə su səviyyəsi artdıqdan sonra ərazi su altında qalıb. Artıq bir neçə ildir ki, bu ərazilər quruduqca minalar aşkar edilərək müvafiq qurumların əməkdaşları tərəfindən zərərsizləşdirilir.