Övladlarına toy etmək üçün Rusiyadan Lənkərana gələn və evdə meyitləri tapılan ər-arvadın dəm qazından boğularaq öldüyü ehtimal olunur.
Stopnarkotik.az-ın apa-ya istinadla xəbərinə görə, yaxınları evin tüstü bacasının içində quşun yuva qurduğunu aşkarlayıblar. Tüstü bacası bağlı olduğu üçün qaz sobasından dəm qazı yarandığı və ər-arvadın zəhərlənərək öldüyü bildirilir.
***10:55
Lənkəranda Rusiya vətəndaşlarının meyiti tapılıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu gün Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 50 yaşlı Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 55 yaşlı Nəfisə Sahib qızı Bağırovanın meyitləri qaldıqları evdə tapılıb.
Onların 3 gün bundan əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldiyi bildirilir. Bu səhər yaxınları hazırlıq işləri görmək üçün onlara gedib və meyitlərini aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.