“Livandan İsrailə 15 pilotsuz uçuş aparatı ilə sızmağa cəhd edilib”

İsrail ordusu 15 pilotsuz uçuş aparatının Livandan ərazilərinə sızmağa cəhd etdiyini açıqlayıb.

Stopnarkotik.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda İsrail ordusunun radiosu məlumat yayıb.

Bildirilib ki, İsrail artilleriya atəşi ilə cavab verib və Livan sərhədi boyu ərazilərdə xəbərdarlıq sirenləri işə düşüb.