Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Çayrud kənd tam orta məktəbində "Gələcəyimizi düşünək, narkomaniyaya yox deyək!" mövzusunda məktəblilərlə görüş keçirilib.
Stopnarkotik.az xəbər verir ki, məktəblilərə narkomaniyanın ziyanlı təsirləri barədə ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb. Narkotiklərin qanunsuz dövriyyəsi və "ağ ölümün" cəmiyyətdə səbəb olduğu sağalmaz nəticələri özündə əks etdirən videoçarxlar izlənilib.