Koreya Xalq Demokratik Respublikası (KXDR) mayın 28-dən iyunun 2-dək təxminən 3500 hava şarından istifadə edərək Cənubi Koreyaya 15 ton zibil atıb.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi KXDR Müdafiə Nazirliyinin rəis müavini Kim Qan İlyaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Pxenyan bu addımları müvəqqəti dayandıracaq, çünki onlar sadəcə cavab tədbiridir.
Eyni zamanda o, Cənubi Koreya tərəfdən təbliğat vərəqələrinin yenidən paylanacağı təqdirdə KXDR-in zibillərin şarlarla göndərilməsini bərpa edəcəyi ilə bağlı xəbərdarlıq edib.