"Kurtlar Vadisi" oğurluq imiş? - İLLƏR SONRA ETİRAF / VİDEO

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialında Süleyman Çakır obrazı ilə yadda qalan Oktay Kaynarca serialla bağlı illər sonra etiraf edib.

Stopnarkotik.az Milli.az-a istinadən xəbər verir ki, Oktay Kaynarca ilk dəfə serialın əslində Amerika serialından ilhamlanıldığını açıqlayıb:

Kaynarca verilişdə "Əslində o zaman TRT-də "Büyük Trap" adlı serial var idi. Amerika formatı idi və böyük maraqla baxırdıq. Daha sonra Osmanın yanına gedib dedim. 'Bu serial formatlaşdırılarsa, Türkiyədə çox diqqət çəkəcək."Ancaq bir müddət bu məsələ gündəmdə deyildi. Sonra Osman mənə zəng edərək layihəni etməyə qərar verdiklərini dedi" sözlərini söyləyib.