Kürdəmirdə iki yol qəzası olub, xəsarət alanlar var.
KİV-lərin verdiyi xəbərə görə, Atakişli kənd sakini, 2003-cü il təvəllüdlü Əsgərov Eynulla Sabir oğlunun idarə etdiyi "Ravon" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Həmçinin rayonun Sovka kənd sakini, 2002-ci il təvəllüdlü Ağayev Toğrul Əskər oğlunun idarə etdiyi "Vaz- 21015" markalı avtomobil aşıb. Nəticədə, hər iki sürücü müxtəlif xəsarətlər alıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az