Kriminal avtoritet güllələnərək öldürüldü

İyunun 6-da axşam saatlaırnda İrəvanda baş verən növbəti atışmada kriminal avtoritet qətlə yetirilib.

Stopnarkotik.az “Shamshyan.com”a istinadən xəbər verir ki, saat 22:10 radələrində İrəvanın Ərəbkir ərazində baş varərn silahlı insident nəticəsində qətl hadisəsi törədilib. Silahlı insidentin kriminal qruplaşmalar arasında baş verdiyi bildirilir. Odlu silahdan açılan atəş nəticəsində kriminal aləmdə “Qnunetsi Varazik” kimi tanın kriminal avtoritet qətlə yetirilib. 

Qeyd edək ki, son vaxtlarda İrəvanda müxtəlif qruplar arasında mütəmadi olaraq silahlı qarşıdurmalar baş verir və hər silahlı qarşıdurma insan itkisi ilə nəticələnir.