KRİMİNAL ALƏMİN MARAQLI NÜANSLARI... - Gürcü əsilli avtoritetə Ukraynada qiyabi həbs verildi

Ukraynada Kiyevin Peçerski Rayon Məhkəməsi gürcü əsilli "1 nömrəli qanun oğru" Badri Koquaşvilini qiyabi olaraq həbs edib.

Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, məşhur kriminal sima axtarışa verilib. 
Badri cinayətkar icma təşkil etməkdə ittiham olunur. 2021-ci il yanvarın 23-də Koquaşvili Dneprdə “Quriya” adlı restoranda olan "qanuni oğrular" Laşa Jaçvliani (Laşa Svan) və Sergey Oleinik (Umka) ilə görüş keçirib.
Maraqlı məqam budur ki, Badri, "kriminal general" Zaxar Kalaşov (Şakro molodoy) ilə birgə koloniyalardakı kriminal dünyaya mənsub olan canilərin həm Vaqner muzdlu ordusunda, həm də Müdafiə Nazirliyində "verbovkası"nın dəstəklənməsi ilə birbaşa bağlıdır.
Kiyev məhkəməsinin qiyabi həbs qərarı nəticəsində indi Koquaşvili Rusiyadan kənara hərəkət etmək imkanını itirəcək. Yeri gəlmişkən, onun xaricə səyahəti demək olar ki, məhdudlaşdırılıb. Bu yaxınlarda onu hava limanından geri qaytararaq BƏƏ-yə belə buraxmadılar.
Mənbənin bildirdiyinə görə, Badri Moskvadakı “Darbazi” gürcü restoranını özünə qərargah seçib. Bu restoranda Badri Rusiyanın FTX-nin "K" idarəsinin 8-ci şöbəsinin kuratorları ilə görüşləri baş tutur. Digər məsələlərlə yanaşı, bu görüşlərdə Rusiyanın hüdudlarından kənardakı kriminal dünyanın simalardan hansının “başının əzilməsi” gərəkdiyi müzakirə olunur. Mənbələr Türkiyədə qanuni oğruların hazırkı həbslərini məhz Darbazidəki bu toplantılarla bağlayırlar.

Stopnarkotik.az