“Krımın azad edilməsi ilə müharibə bitməyəcək” - Ukrayna hərbi kəşfiyyatının komandirindən şok açıqlama

“1991-ci il sərhədlərinə çatmağımız müharibəni bitirməyəcək, məncə, biz bu dövləti (RF) məhv etməyənə qədər, bizim üçün həmişə təhlükə olacaq”.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin (GUR) Krım tatarlarının xüsusi təyinatlı “Krım” bölməsinin komandiri Nəriman Bilyalov bildirib.

O fikrini belə çatdırıb: “Bizim Rusiyadan ayrılıb ayrı yaşamaq istəyən insanlara kömək etmək imkanımız var - İçkeriya, İnquşetiya və s. Bəli, bunlar Şimali Qafqazın kiçik respublikalarıdır, amma Allahın köməkliyi ilə bunu bacarsaq, Rusiya Federasiyası mümkün qədər dağılsa, kiçilsə, sakitləşərlər... Əsas odur ki, Rusiya formatlansın, hal hazırda mövcud olduğu sərhədlər daxilində qalmasın. Çünki bu, bizim üçün hələ də problem olacaq. Ona görə də biz öz sərhədlərimizə çıxırıq – sonra Qafqazdakı, Volqaboyudakı qardaşlarımıza kömək edirik”.

Stopnarkotik.az