Nyu Yorkda "köləlik üzrə komissiya" fəaliyyət göstərəcək. Stopnarkotik.az xəbər verir ki, komissiya köləliyin və irqi ayrı-seçkiliyin ştatın qaradərili sakinlərinə vurduğu zərərin həcmini müəyyən edəcək.
Nyu York belə komissiyanın fəaliyyət göstərdiyi ilk ştat deyil. Belə komissiya ilk dəfə 2020-ci ildə Kaliforniyada peyda oldu. Kaliforniyada “köləlik üzrə komissiya” belə qənaətə gəlib ki, ştatın hər bir qaradərili sakini köləliyə görə 1,2 milyon dollar məbləğində kompensasiya ala bilər.
Stopnarkotik.az