Əkin sahəsini yandırdı, 400 manat cərimələndi - FOTO

Şabranda əkin sahəsini yandıran şəxs məsuliyyətə cəlb olunub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 28-i saat 12 radələrində Şabran şəhəri ərazisində Taxta Körpü su anbarının yaxınlığında 2 hektar əkin sahəsi və kol-kos yanmışdır.

Polis əməkdaşları tərəfindən həmin ərazinin yandırılmasına görə rayon sakini Şakir Kamilov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülməklə, 400 manat məbləğində cərimələnib.

ekin-sahesini-yandirdi-400-manat-cerimelendi