Şimali Koreya lideri Kim Çen In Şimali Koreyada intiharı qadağan edən sərəncam imzalayıb.
Stopnarkotik.az “Mirror”a istinadən xəbər verir ki, Kim intiharı “sosializmə xəyanət” adlandırıb və yerli hakimiyyət orqanlarına qabaqlayıcı tədbirlər görməyə göstəriş verib.
Mənbələrin məlumatına görə, KXDR-də Şimali Koreya vətəndaşları arasında intiharların sayı ötən illə müqayisədə 40 faiz artıb.
Bildirilir ki, göstəriş verilsə də, yerlərdə məsul şəxslər hələ də mövcud vəziyyətə uyğun həll yolu tapa bilməyiblər. “İntiharların çoxu həddindən artıq yoxsulluq və aclıq üzündən baş verib, ona görə də hazırda heç kim buna qarşı tədbir görə bilmir”, - mənbə bildirib.
Stopnarkotik.az