Dekabrın 26-da saat 19 radələrində Salyan rayonunun Xurşud kəndi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Səxavət Nuriyev müəyyən olunaraq saxlanılıb.
Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.