Keçmiş Gəncə məhbusu yenidən həbs edildi - FOTO

Azərbaycanda İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir. 

Stopnarkotik.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Mir Eşqin Seyidov saxlanılıb.

Qeyd edək ki, Mir Eşqin Seyidov İran yönümlü radikal dini qruplaşmanın üzvü olub. Onun da üzvü olduğu qrup 2018-ci ildə Gəncədə ictimai asayişi pozaraq hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etməkdə təqsirli bilirək həbs olunublar. 

Mir Eşqin Seyidov bir müddət əvvəl azadlığa çıxıbmış.