Rusiyada yeniyetmələr arasında sintetik narkotik epidemiyası yaşanır: yeniyetmələr “kasıbın kokaini” kimi tanınan ucuz və güclü narkotik olan mefedrondan istifadə edir, yayır və hətta istehsal edirlər. Onu istehsal etmək və satmaq üçün istifadə edilən texnologiya polisin narkotikin distribyutorları ilə mübarizəsini son dərəcə çətinləşdirir, çünki həbsdən sonra bir dilerin yerinə onlarla yenisi gəlir. Mefedron üçün xammal onun ixracını nəzarətində saxlamaq marağı olmayan Çindən gətirilir və daşınmaların özləri böyük həcmdə qanuni yüklərin arasında göz qabağında gizlənir.
"Kasıbın kokaini" olan mefedron 2000-ci illərin əvvəllərində, Dr. Zee təxəllüsü adı altında işləyən israilli kimyaçı onu populyarlaşdıran zaman ortaya çıxdı.
Mefedron beynə digər sintetik narkotiklərə nisbətən daha tez təsir edir, eyforiya, enerji artımı, cinsi istək və ünsiyyətcilliyə səbəb olur. Amma yaratdığı saxta illuziya ab-havasnın ardınca o sürətlə yox olur, şiddətli “lomka”-ağrı sindromu simptomlarına (narahatlıq və depressiya) və buna görə də sürətli asılılığa səbəb olur. 2010-cu ildə Rusiya mefedronu və onun komponentlərini qadağan etdi, lakin bu, xüsusilə yeniyetmələr arasında artan populyarlığını dayandırmadı. BBC-yə müsahibə verən psixoloq və reabilitasiya mərkəzinin əməkdaşı, reabilitasiya mərkəzinin direktoru İrina Medvedin sözlərinə görə, insanlar indi 12 yaşında narkotiki sınayırlar, 14 yaşında isə çoxları sistematik olaraq mefedrondan istifadə edir.
Narkoloq mütəxəssis və narkotik istifadəçiləri ilə işləyən xeyriyyə təşkilatının əməkdaşı Denis vurğulayır ki, yeniyetmələrdə aludəçilik çox tez irəliləyir və onlar köməksiz ölüm riski ilə - qəza və ya intiharla üzləşirlər. Üstəlik, kömək almaq çətindir: asılılığı olan yeniyetmələr "boz zona"ya düşürlər. "Biz bütün bir nəsli itiririk", narkoloq deyir.
Stopnarkotik.az