Kadırovun oğlu Quranı yandıran şəxsi təcridxanada döydü - VİDEO

Çeçenistanın rəhbəri Ramzan Kadırov oğlu Adamın Quranı yandırmaqda ittiham olunan Nikita Juraveli döyməsi videosu yayılıb.

Stopnarkotik.az xəbər verir ki, Kadırov oğlunun hərəkətini bəyəndiyini bildirib.

“O, döydü və düzgün etdi. Üstəlik, inanıram ki, hər hansı bir Müqəddəs Yazıya qəsd edən, o cümlədən onu nümayişkaranə şəkildə yandıran və bununla da böyük ölkəmizin on milyonlarla vətəndaşını təhqir edən hər kəs ağır cəzaya məruz qalmalıdır”, - o, teleqram kanalında yazıb.

Nikita Juravel yazda Volqoqradda məscidin yaxınlığında Quranın yandırılması ilə bağlı aksiyadan sonra saxlanılıb. İstintaq Komitəsinin məlumatına görə, şəxs Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə bunu pul üçün etdiyini etiraf edib. Daha sonra o, Çeçenistana aparılıb.