Mən Baş nazir vəzifəsi üçün namizəd olmayacam. Baş nazir dəyişməyəcək. Nazirlər də öz postlarında qalacaqlar.
Stopnarkotik.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, “Gürcü arzusu” bu gün 60 faizə qədər real reytinqə malikdir və partiya 2024-cü il seçkilərində qalib gələcək:
“Gürcü arzusu” 2024-cü il seçkilərində mütləq qalib gələcək. Biz 2012-ci ildən bəri izlədiyimiz xətti gedəcəyik, ölkəmizi 2030-cu ilədək Avropa Birliyinə üzv edəcəyik, insan haqlarını mümkün qədər yaxşılaşdıracağıq”.
Qeyd edək ki, o, bu gün aktiv siyasətə qayıtdığını elan edib.