İraqəsilli Salvan Momika İsveçdə yenidən “Qurani-Kərim”i yandırıb.
Hadisə Malmö şəhərində ictimaiyyətin gözü qarşısında baş verib.
Naməlum şəxs aksiyanın qarşısını almağa çalışıb və polis tərəfindən saxlanılıb. Aksiyada 200-ə yaxın insan iştirak edib.
Qeyd edək ki, iraqlı miqrant olan Momika yaxın üç həftə ərzində Stokholm, Malmö və digər yerlərdə oxşar tədbirlərin keçirilməsi üçün ölkə hakimiyyətinə 12 yeni ərizə göndərib./oxu.az