İstanbulda yaşayış binası uçub, ölən və yaralananlar var - YENİLƏNİB 4

Dağıntılar altında qalan bir nəfərin meyiti çıxarılıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, İstanbulda uçan binalarla bağlı xilasetmə əməliyyatları zamanı dağıntılar altından çıxarılan 10 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.

***16:14

İstanbul valisi Davud Gül jurnalistlərə açıqlamasında yaşayış binalarının uçması ilə bağlı dağıntılar altından 9 nəfərin sağ çıxarıldığını deyib.

Türkiyə mətbuatı xəbər verir ki, vali eyni zamanda 2 nəfərin axtarışlarının davam etdirildiyini bildirib.

***14:38 

İstanbulun Fatih rayonunda uçan yaşayış binasının dağıntıları altından 7 nəfəri xilas etmək mümkün olub.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

*** 13:58

İstanbul valiliyi təbii qaz partlayışı nəticəsində iki binanın çökdüyünü bildirib.

Türkiyə mətbuatının açıqlamasında dağıntılar altından 5 nəfərin çıxarıldığı qeyd olunub.

*** 13:27

İstanbulun Fatih rayonunda yaşayış binası uçub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, çökən binada axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Bir nəfər yaralı xilas edilib. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.