İstanbulda polis 31 kiloqram kokaini müsadirə etdi -FOTO - VİDEO

İstanbulun Fatih rayonunda polis tərəfindən keçirilən narkotik əməliyyatı zamanı 31 kiloqram kokain tapılıb. Əməliyyat zamanı saxlanılan 56 yaşlı M.D. məhkəmənin qərarı ilə həbs olunub.

Stopnarkotik.az xəbər verir ki, əməliyyat Fatih rayonunun Sümbül Əfəndi məhəlləsində yerləşən bir evdə keçirilib.

Yoxlama zamanı 31 kiloqram kokain, 139 kapsul, 2 qanunsuz tapança, 3 daraq, 60 güllə, 3 dəqiq ölçən tərəzi və kokaini sıxmaq üçün istifadə olunan 2 aparat tapılıb.

Saxlanılan şəxs polis bölməsindəki işlər başa çatdıqdan sonra məhkəməyə çıxarılıb. Məhkəmə onun araşdırma bitənə qədər həbsdə qalmasına qərar verib. 

Stopnarkotik.az