İsrailin şimalında xəstəxanalar boşaldıldı

İsrail Səhiyyə Nazirliyi ölkənin şimalında yerləşən xəstəxanalardakı pasiyentlərin mərkəzə köçürüldüyünü açıqlayıb.

Stopnarkotik.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlik öz teleqram kanalında məlumat yayıb.

Bundan əvvəl İsrailin Müdafiə Qüvvələrinin mətbuat xidməti ölkənin şimalında “Hizbullah” qruplaşması ilə toqquşmaların baş verdiyini bildirmişdi. Livandan ölkənin şimalındakı Aramşa yaşayış məntəqəsi ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsinə doğru tank əleyhinə raket atılıb.